Kreml: “Rusiya nümayəndə heyəti bu axşam danışıqlar üçün Belarusda olacaq” - Yenilənib

"Rusiya nümayəndə heyəti martın 2-də axşama sarı danışıqların yeni raundunun keçiriləcəyi yerə gedəcək və Ukrayna nümayəndələri ilə görüşə hazır olacaq".

PİA.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Lakin D.Peskov heyətə kimlərin daxil olduğunu açıqlamayıb.

***

Bu gün Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında növbəti danışıqlar ola bilər.

“Report” “Sputnik Belarus”a istinadə xəbər verir ki, Ukrayna tərəfi hələlik danışıqlar yerinə gəlməyib.

Bildirilib ki, danışıqların ləğv edilməsi nəzərdə tutulmasa da, onların ertələnməsi istisna edilmir.

Eyni zamanda Rusiyanın “RİA Novosti” agentliyi heyətlər arasında görüşün bu gün axşam baş tuta biləcəyini bildirib.

pia.az