"Brent" neftinin qiyməti 112 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 2014-cü ilin iyul ayından bəri ilk dəfə olaraq 112 dolları keçib.

"APA-Economics" xəbər verir ki, Bakı vaxtı ilə saat 11:43-də "Brent"in qyməti 7,19% artaraq 112,52 dollara çatıb.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 7,13% artaraq 110,78 dollara çatıb.

pia.az