Rusiyanın ən böyük bankı Avropa bazarından geri çəkilir

Rusiyanın ən böyük bankı "Sberbank" sanksiyalardan sonra Avropa bazarından çəkildiyini açıqlayıb.

Şirkətin əməkdaşlarına və filiallarına qarşı təhdidlərin olduğu bildirilən açıqlamada "Sberbank"ın hazırkı vəziyyətdə Avropa bazarından çəkilməyə qərar verdiyi bildirilib.

Avstriya Kapital Bazarları İdarəsi (FMA) "Sberbank"ın Avropa qolu olan "Sberbank Europe AG"nin Avropa Mərkəzi Bankının (ECB) əmri ilə bağlandığını açıqlayıb.

pia.az