Sumqayıtda evdə qumbara partladı

Sumqayıtda yaşayış evində qumbara partlayıb
Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə saat 02.30 radələrində Sumqayıt şəhəri 51-ci məhəllədə Əmiraslan Haşumova məxsus evdə baş verib.Ə. Haşumov mənzildə qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə Ə. Haşumov və onun atası Mirdamət Haşumov xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə gələn polis əməkdaşları evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edərək götürüblər. Faktla bağlı araşdırma aparılır (APA)