Prezidentlər “azarkeşlərin Bakı qarşıdurması“nı müzakirə etdi

Gürcüstan və Azərbaycan prezidentləri İlham Əliyev ilə Georgi Marqvelaşvili arasında telefon danışığı olub
Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan Prezident Administarsiyası məlumat yayıb. Məlumata görə, prezidentlər öləkələr arasında ikitərəfli münasibətləri və gələcək perspektivləri müzakirə ediblər.İlham Əliyev və Georgi Marqvelaşvili bir neçə gün əvvəl Azərbaycanda futbol oyunu zamanı baş verən hadisəni də müzakirə ediblər. “Belə insidentlər iki ölkənin dostluq münasibətlərinə təsir edə bilməz”, deyə prezidentlər bildiriblər.Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər stadionda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asmışdılar. Məhz bu amil azarkeşlər arasında qarşıdurmalara səbəb olmuşdu.