Tələbələrin köçürülməsinin vaxtı müəyyənləşib

Ali və orta ixtisas təhsil pillələri üzrə təhsil alanların köçürülməsinin vaxtı müəyyən olunub.

PİA.az-ın əldə etdiyi xəbərə görə, tələbələrin köçürülməsi iyulun 1-dən 31-dək olacaq.

Qeyd edək ki, 2021-2022-ci tədris ili iki həftə gec (29.09.2021) başladığından tədris ilinin ikinci semestrində tələbələrin tədris müddətində gecikmələrin olmaması məqsədilə, qış tətili dövründə transfer.edu.az portalı vasitəsilə respublika daxilində, eləcə də xarici ölkələrin ali və orta ixtisas təhsili müəssisələrindən (bir ixtisasdan və (və ya) təhsilalma formasından digərinə) tələbələrin köçürülməsi həyata keçirilməyib.

pia.az