Avropa İttifaqı Rusiyanın milyarderlərini və jurnalistlərini “qara siyahı”ya salıb

Avropa İttifaqı Rusiyanın rəsmilərinə, iş adamlarına və jurnalistlərinə qarşı sanksiya tətbiq edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, siyahıya “Vahid Rusiya” partiyası katibinin müavini Andrey Turçak və Xarici Kəşfiyyat Xidmətinin direktoru Petr Fradkov da daxil olmaqla Rusiyanın yüksək vəzifəli şəxslərinin adı daxil edilib.

Sanksiyaya məruz qalan sahibkarlar arasında “Rosneft”in rəhbəri İqor Seçin, milyarderlər - USM Holdinqın banisi Alişir Usmanov, Gennadi Timçenko, “Transneft”in rəhbəri Nikolay Tokarev də var.

Rusiyalı jurnalistlər Anton Krasovski, Olqa Skabeeva, Arkadi Mamontov, Tiqran Keosayan, Roman Babayan, yazıçı Zaxar Prilepin, “Şeremetyevo” hava limanının direktorlar şurasının sədri Aleksandr Ponomarenko, violonçel ifaçısı Sergey Rolduqin də adı sanksiya siyahısına düşüb.

pia.az