Ukrayna və Rusiya arasında danışıqlar başa çatıb - Canlı yayım,Yenilənib

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb.

Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.

***

Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının çıxarılmasını tələb edib.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Ukrayna prezident administrasiyası yayıb.

Bildirilib ki, Ukrayna nümayəndə heyəti rus qoşunlarının o cümlədən Krım və Donbasdan çıxarılmasını tələb edib.

***

Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

“Report” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Nümayəndə heyətlərinin görüşü Ukrayna sərhədi yaxınlığında, Pripyat çayının sahilində keçirilir. Təhlükəsizlik səbəbi ilə dəqiq görüş yerinin adı açıqlanmır.

Qeyd olunub ki, Rusiyanın nümayəndə heyəti hələ ötən gün Belarusa gəlmişdi.

***

Ukrayna nümayəndə heyəti Rusiya nümayəndələri ilə danışıqlarda iştirak etmək üçün Ukrayna-Belarus sərhədi ərazisinə gəlib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Nümayəndə heyətinə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak, Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, Ali Radan;n deputatı Rüstəm Umerov və Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski.

Danışıqların əsas məsələsi dərhal atəşkəs və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır.

Rusiyanın heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.

pia.az