Aİ hava məkanını Rusiya üçün bağlayır: Limanlar da bağlana bilər

Avropa İttifaqı Rusiyadan gələn təyyarələr üçün hava məkanını tamamilə bağlamaq qərarına gəlib.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

O bildiirb ki, söhbət Rusiya ilə bağlı olan bütün təyyarələrdən, o cümlədən “oliqarxların” şəxsi təyyarələrindən gedir.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Rusiya təyyarələri ittifaq ərazisi üzərində uça bilməyəcək, eləcə də uçuş və eniş üçün Avropa hava limanlarından istifadə edə bilməyəcək.

Həmçinin, Aİ Rusiya gəmilərinin quruma üzv ölkələrin limanlarına girişinə qadağa qoyulmasını da nəzərdən keçirə bilər.

Bununla bağlı müzakirə bazar günü Avropa Şurasının Xarici Əlaqələr üzrə fövqəladə iclası çərçivəsində baş tutacaq. “İnterfaks Ukrayna”

pia.az