Ukrayna Belarusdan “İsgəndər” raketi ilə vuruldu

Rusiya ordusu Belarus ərazisindən “İsgəndər” raketləri ilə Ukraynaya zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə indicə Ukrayna mediası məlumat yayıb.

Bu barədə daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz “Telegram” kanalında məlumat verib.

Bundan əvvəl Volın vilayətinin Vladimir şəhəri yaxınlığındakı hərbi hissə Belarusdan atəşə tutulub.

pia.az