Bakıda zəncirvari QƏZA: Lüks avtomobillər bir-birinə çırpıldı - Video

Bakıda zəncirvari qəza olub.

Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Belə ki, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində qeydə alınıb.

“Toyota Land Cruiser”, “BMW X5” və başqa minik avtomobili bir-birinə çırpılıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olması barədə dəqiq məlumat yoxdur.

Qəza baş verən ərazidən görüntüləri təqdim edirik:

pia.az