Rusiyanın SWIFT-dən ayrılması prosesinə başlanılıb - Rəsmi

Rusiyanın SWIFT-dən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) ayrılmasına qərar verilib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

“Qərar hələ rəsmiləşdirilməyib, lakin qərarın qəbul edilməsi və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb. Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər.

Bu qərarı dəstəkləmək üçün hökumətlərinə təzyiq göstərən minlərlə insana, xüsusən də Ukrayna diasporuna təşəkkür edirəm. Ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər”, - deyə o əlavə edib.

Mənbə: Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın rəsmi “Facebook” səhifəsi (oxu.az)

pia.az