Türkiyə MN Xocalı faciəsi ilə bağlı paylaşım edib

“30 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutdurmayacağıq!”

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar "Twitter"dəki paylaşımında bildirilib.

“Tarixə qara ləkə vuranları lənətləyir, kədərini qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik” - paylaşımda qeyd olunub.

pia.az