İranın onlarla şəhərində müəllimlər etiraz mitinqi keçiriblər - Foto

Bu gün İranın onlarla şəhərində müəllimlər cari təhsil ili başlayandan bu yana sayca 11-ci etiraz mitinqi keçiriblər.

“Azad İran” Telegram kanalı xəbər verir ki, onlar təqaüdlərin bərabərləşdirilməsi, müəllimlərlə bağlı reytinq layihəsi, həbs edilmiş müəllimlərin azad edilməsi, keyfiyyətli və bərabər təhsilin verilməsi və digər bu kimi tələblər irəli sürüblər.

Xatırladaq ki, fevralın 19-da keçirilmiş son mitinqlərdə İranın əmniyət gücləri müəllimlərə hücum edib 15-dən çox adamı həbs etmişdi.

Hələ ki, keçirilən etirazlar zamanı tutulan müəllimlərin ümumi sayı barədə dəqiq məlumat yoxdur.

pia.az