Leyla Yunus erməni saytının manşetində- Foto

Ermənistanın news.am saytı manşetində Leyla Yunusu dəstəkləyən məqalə yerləşdirib
Azvision.az bildirir ki, məqalədə azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və əri Arif Yunusla bağlı Amerikanın ciddi narahatlıq keçirdiyi qeyd olunur.Sayt dərc etdiyi materialda ABŞ Dövlət Departamentinin adətən ermənipərəst bəyanatları ilə yadda qalan təmsilçisi Marie Harf-ın Leyla Yunusla bağlı bəyanatı verilir. Bildirilir ki, bu addım xalqlarası təmasları qıra və bölgədə vəziyyəti gərginləşdirə bilər.Amma maraqlı olan bu deyil. Maraqlı olan məhz bir erməni saytının bu mövzuya həssaslığı və diqqəti Leyla Yunusa yönəltməyə çalışmasıdır. Görünür, bu yanaşma onların informasiya siyasətinə daha uyğundur.