Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb

Koronavirusa görə bağlanan daha bir məktəb əyani tədrisə qayıdıb.

Bu barədə PİA.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 82 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib: "Məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb".

pia.az