Ermənilər mülki şəxsi güllələdi

44 yaşlı Çingiz Aslanov bud nayihəsindən güllə yarası alıb
Bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki şəxs yaralanıb. Rayon icra hakiminin müavini Tahir Musayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Qazax rayonunun Məzəm kəndində baş verib. Yaralanan şəxs 1970-ci il təvəllüdlü Çingiz Mədət oğlu Aslanovdur. Güllə onun sağ bud nahiyəsini dəlib keçib. "O, xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır. Həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə Tahir Musayev bildirib.Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub.Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğluŞirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin ƏsgərovMasallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli RəhimovXaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa ƏlicoşqunovSalyan rayonundan hərbi xidmətə çağırılmış Səftər MəmmədovQuba rayonundan hərbi çağırılmış Elnur İbrahimovTovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar PoladovAğdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn AbidinovDüşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.