Qadın zəncirvari qəza törətdi və hadisə yerindən qaçdı

Yevlaxda üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə rayonun Salahlı kəndində  qeydə alnıb.

Qadın sürücünün idarəetdiyi "BMW" markalı maşın idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərlə toqquşub. BMW-nin sürücüsü qəzadan sonra hadisə yerindən qaçıb.

Qəza zamanı müxtəlif bədən xəsarətləri alan Mingəçevir sakinləri, 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu xəstəxanaya yerləşdirilib.

Faktla  bağlı araşdırma aparılır.

pia.az