"LXR" separatçıları evakuasiya olunanların keçdiyi körpünün altında mina aşkar etdiklərini iddia edirlər

Özünü “Luqansk xalq respublikası” elan edən qurum ərazidə evakuasiya olunanları daşıyan avtobusların marşrutu üzərindəki körpünün altında partlayıcı qurğu aşkar edib. Bunu RİA Novosti-yə hüquq-mühafizə orqanlarına yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, bu, “LXR” nəzarətində olan Krasnodonun ərazisində baş verib.

“Qaçqınların keçdiyi yolun minalanmış olduğu məlum olub”, - mənbə bildirib. (virtualaz.org)

pia.az