Türkiyə vətəndaşlığını qəbul edən suriyalıların sayı açıqlanıb

“2021-ci ilin sonunadək 84 152-si uşaq olmaqla cəmi 193 293 suriyalı Türkiyə vətəndaşlığını qəbul edib”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu miqrasiyaya dair toplantıdakı çıxışnda bildirib.

“Son 5 ildə Qərb ölkələrinə 620 min nəfər mühacirət edib. Türkiyə Əfqanıstan başda olmaqla Pakistan və Afrika ölkərlərinə 306 138 miqrantı geri göndərib. İranla sərhəddə potensial 2 milyon əfqanıstanlı, İdlibdə 3,9 milyon, Cerablus-Azez-Mare-Əl Bab-Çobanbey bölgəsində 1,2 milyon, Afrində 550-600 min, Tel-Abyad və Resulaynda 350 min suriyalı var. Yəni 8 milyondan çox hazır mühacir var”, - o deyib.

pia.az