Özünü yandıran gənc 5 saylı xəstəxanadan qaçdı

Ötən gün Bakıda gənc oğlan özünü yandıraraq intihara cəhd edib.

PİA.az lent.az-a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində intihara cəhd edən 28 yaşlı Kərimov Qalib Balahəsən oğluna təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib.

Daha sonra o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Orada özünü benzinlə yandıran şəxsə müəyyən yardım göstərilib. Bundan sonra o, saat 09:00 radələrində xəstəxanadan qaçıb. Lakin sonradan yaxınları onu yenidən xəstəxanaya aparıblar.

pia.az