Bakıda TIR sürücülərinin bağladığı yol açıldı - Yenilənib + Foto/Video

Paytaxtın Heydər Əliyev prospektində TIR-ların yolu bağlaması səbəbindən nəqliyyatın hərəkətində yaranan problem aradan qaldırılıb. 

Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. 

 “Prospektə giriş-çıxış bərpa edilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir”, - deyə o qeyd edib.

***

Xəbər verdiyimiz kimi, Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.

PİA.az xəbər verir ki, sürücülər gecədən etibarən maşınlarını yolda saxlayıblar. Onlar yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər. 

Belə ki, "R-Group" şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar: "Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. 

Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!"

Xatırladaq ki, səhər saatlarından bu səbəbdən Heydər Əliyev prospektində böyük tıxac yaranıb, bir neçə saat sonra yolu açmaq mümkün olub. 

pia.az