Şirvan sakini özünü bıçaqlayıb

Şirvan şəhərində intihara cəhd hadisəsi baş verib.

PİA.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1996-cı il təvəllüdlü Məmmədov Təbriz Dadaş oğlu özünə bıçaqla xəsarət yetirib.

T.Məmmədov qarın boşluğunun daxilinə nüfuz edən yara diaqnozu ilə Şirvan xəstəxanasına aparılıb. Cərrahiyə şöbəsində onun üzərində əməliyyat aparılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az