Türkmənistan Prezidenti vəzifəsinə daha bir namizəd irəli sürülüb

Türkmənistanın Aqrar Partiyası prezident seçkilərində öz namizədini təsdiqləyib.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar partiyanın növbədənkənar qurultayında qəbul edilib.

Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 2022-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlandığını elan edib. İlk olaraq namizədliyi Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Nazirlər Kabineti sədrinin müavini Serdar Berdiməhəmmədov qeydə alınıb.

pia.az