Azərbaycanlı rejissor "qanuni oğru"nu filmində çəkibmiş

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu məşhur "Səhranın bəyaz günəşi" filmi ilə bağlı maraqlı bir məqam ortaya çıxıb. 

PİA.az lent.az-a istinadən xəbər verir ki, Dağıstanın Kaspiysk şəhərində kino çəkilişləri zamanı aktyorların paltarları və filmin baş qəhrəmanı Suxovun saatı oğurlanıb. 

Bu vaxt rejissor Vladimir Motil yerli milisə müraciət edərək itən əşyaların tapılmasını tələb edib. Amma milisin cəhdləri heç bir fayda verməyib. 

Bundan sonra Vladimir Motil həmin şəhərdə Əli ləqəbli "qanuni oğru"ya müraciət etmək məcburiyyətində qalıb. Həmin vaxt Əli həmin şəhərin "nəzarətçi"si imiş. Nəhayət o, əşyaları tapıb və aktyorlara qaytarıb. Əvəzində isə Əlini həmin filmdə epizodik bir rola çəkiblər.    

pia.az