Deputat müzakirələrə səbəb olan çıxışından danışdı: "Bu mənada demişəm..."

Xəbər verdiyimiz kimi, Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı ilə parlamentin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb. M. İbrahimqızının Milli Məclisdə çıxışı zamanı işlətdiyi “Mən bura dünən gəlməmişəm. Bizim xalqımızın əvəzolunmaz lideri mənə 5 dəfə etimad edib” sözləri ölkədə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı deputat Yeniavaz.com-a bildirib ki, bütün deputatlar partiya sədrinin sənədi əsasında namizəd olur:

“Seçkidə iştirak etmək üçün partiyanın qərarı olmalıdır. İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. Parlamentdəki bütün deputatların namizədliyi təmsil etdiyi partiyanın sədrinin təsdiqlədiyi sənəd əsasında irəli sürür. Bu mənada mən demişəm ki, partiyamızın sədrinin etimad göstərdiyi adam olmuşam”.

pia.az