Ramiz Mehdiyevin yerinə kim gətirilə bilər? - Professordan açıqlama

“Həqiqi alim özünə yox, xalqına, millətinə, dövlətinə vurğun olmalıdır. Şəxsi mənafeyini deyil, ictimai mənafeyi üstün tutmalıdır. Ən önəmlisi isə həqiqi alim daim elmlə məşğul olmalı, özünü, ömrünü, bütün vaxtını elmə həsr etməlidir. Bir sözlə həqiqi alim olmalıdır”.

Bu fikirləri Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professor bildirib ki, ən önəmlisi həqiqi alimin məntiqi, mənəviyyatı yerində olmalıdır. Özünü elmə həsr edən, 24 saat elmlə məşğul olan insanı alim adlandırmaq olar. Vaxtını boş işlərə, dedi-qoduya sərf edəni yox. Alim alim həyatı yaşamalıdır:

“Fikrimcə, Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilərkən bu kriteriyalar nəzərə alınmalıdır. Akademiyanın növbəti prezidenti həqiqi alimlərin arasından seçilməlıdır. Ölkədə belə alimlərin sayı mindən artıq deyil. Bura həm humanitar, həm də dəqiq elmləri təmsil edənlər daxildir. Çox istərdim ki, Akademiyaya yeni rəhbər belə insanlar arasından seçilsin”.(bakupost)

pia.az