"Adlı gecələrdən keçib gedirəm..."- Paşa Talıblı

Baxıb nə görsəm, yaxşıdı...

Baxıb nə görsəm yaxşıdı?...qəflətdə əhlət daşını....hər gün rüzgar tərəflərdəniçimə qürbət daşınır.

...qəribə, qürbətmi sığar?Sığmağa sınır gəzirdi....tutmuşdu sevər yerimdən,sınıqçı sınıq gəzirdi.

Bu xəmir çox su apardı-suyumuz xəmirdən axır.Odu...dağ da vadilərdənxınalı mamırdan baxır.

Baxıb nə görsəm, yaxşıdı?Gün keçir yolu ümidnən...Nə versə sol əlim bilmir,sağ əlim dolu ümidnən.

Dərviş könülsüzmü gərək..

Mən də eşq ilə canındatufan əsdirən dərvişəm...Eh...bir gün canından küsən,bir gün küsdürən dərvişəm.

...barım var, bağ yerim yoxdu,...qarayam, ağ yerim yoxdu!Canımda sağ yerim yoxdu,yara düzdürən dərvişəm...

...əlliyə əlsizmi gərək?...dilliyə dilsizmi gərək?Dərviş könülsüzmü gərək?Könül gəzdirən dərvişəm!

Adsız məbəddəki şam...

Mənim dostum gecə, düşmənim gecə!...dərdi lağım-lağım atıram, ay dost!Üfürsən yıxılan filfilə cannangecə ayaqüstdə yatıram, ay dost!

Adsız məbəddəki şam da yiyəsiz...Birdən xatırladım, altdan keç indi.Üstündə tanrısız Tanrılar gəzir...Gecələrin altı kimin üçündü?

Adlı gecələrdən keçib gedirəm...Bax, bu gecənin də keçəni atlı!Məsələn, uzanıb şer yazıram-cəzamdı bir uzun gecənin altı!

Budu...altı boşdu bu gecənin də......nə bir ölü vətən, nə bir yol keçən!...lağım-lağım oldum, atıldım, ay dost!Mənim dostum gecə, düşmənim gecə!..

Paşa TalıblıAzərbaycan Yazıçılar Birliyinin üzvü

pia.az