Sumqayıtda ata qızını boğaraq öldürdü

Sumqayıtda qətl hadisəsi baş verib.

Hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.(apa.az)

pia.az