Bu lüks yaxtanın təmiri bitməmiş Almaniyadan tələsik Rusiyaya apardılar…

Modifikasiya üçün ötən il Almaniyanın Hamburq şəhərindəki tərsanələrdən birinə aparılan və dəyəri 100 milyon dollar olan lüks yaxta tələm-tələsik Rusiyanın Kalininqrad limanına aparılıb.

Virtualaz.org xəbər verir ki, “Boat İnternational” saytı “Graceful” adlı yaxtanın sahibinin Rusiyanın hansı nüfuzlu şəxsi olduğu dəqiq məlum deyil, amma gəminin prezident Putin tərəfindən istifadə olunduğu iddia edilir. Ehtimal ki, yaxtanın tələsik Almaniyadan Rusiyaya aparılması Ukraynaya gözlənilən hərbi müdaxilə ilə bağlıdır. Belə ki, Avropa ölkələri Rusiyaya qarşı Ukraynaya hücum edəcəyi təqdirdə sərt sanksiyalar tətbiq edəcəklərini bildirirlər.

“Graceful” ötən il iki eyvan əlavə edilməsi və digər modifikasiya işləri üçün Hamburqa aparılıb. Almaniyanın “Blohm-Voss” tərsanəsi tərəfindən inşa edilmiş və 2014-cü ildə dənizə endirilmiş yaxta üç mərtəbəlidir, 83 metr uzunluğundadır. Onun bir idman salonu, içərisində “Steinway” pianosu olan salonu, spa-salonu, kitabxanası, qapalı hovuzu var. Gəmi 12 qonaq və 14 heyət üzvü üçün nəzərdə tutulub.

Yaxtanın dizaynını həyata keçirən “H2 Yacht Design” şirkətinin rəhbəri Conni Horsifeld 2015-ci ildə bildirmişdi ki, yaxtanın sahibi “özünə çox güvənən insandır, nəyi sevdiyini bilir və trendlərin köləsi deyil”.

pia.az