Aktrisa toy tarixini açıqladı

"Çukur" serialında "Sena" obrazı ilə məşhurlaşan aktrisa Dilan Çiçək Dəniz bu ilin yay ayında islandiyalı rejissor Thor Saevarssonla evlənəcəyini bildirib.

O, bu barədə mükafatlandırma gecəsində jurnalistlərin sualını cavablandırarkən deyib.

"Yayda evlənmək istəyirik. Amma ikimizin də hazırda işləri çox olduğu üçün hazırlıq görə bilmirik. Yaxın zamanda başlayarıq. Xəbəriniz olacaq".

Qeyd edək ki, cütlük ötən ilin dekabrında nişanlanıb.

pia.az