Səfirlik: "Separatçı Arutyunyanı Rusiyada heç bir dövlət rəsmisi qəbul etməyib"

Azərbaycanın Rusiyadakı səfirliyi özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı bəyanat yayıb.

"Report"un Rusiya bürosuna daxil olan məlumatda bildirilir ki, səfər zamanı Arutyunyan Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyib.

"Əldə etdiyimiz rəsmi məlumata əsasən, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlmiş və burada bəzi soydaşları ilə görüşmüşdür. Qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməmişdir. Səfirlik bir daha qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.

pia.az