Şabranda ağır qəza: TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var

Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Gənob-Yalama yolunun 10-cu km-də rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beləki, hərəkətdə olan "Schmıtz" markalı yük avtomobili, "VAZ-2106", "VAZ-21014" və "Opel" markalı minik avtomobilləri ilə toqquşub. Daha sonra yük maşını yoldan çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Fakla bağlı araşdırma aparılır.

##galery##

pia.az