Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolunun ölkəmizdən keçən hissəsinə də Rusiya operatorluq edəcək?

Rusiyanın ölkəmizin ərazilərindəki dəmir yoluna nəzarət etməsi geosiyasi və strateji təhlükəsizlik baxımından Azərbaycan üçün hansı nəticələr doğura bilər?..

Politoloq: ““Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olması Azərbaycanla bağlı məsələ deyil. Çünki Azərbaycan artıq öz ərazisində, yəni Ermənistana qədər çəkiləcək dəmir yolu xəttini demək olar ki, inşa edib”.

“2023-cü ilə qədər də bu işlər Ermənistan sərhəddinə qədər tamamlanacaq. Bunu icra edən bilavasitə Azərbaycan dövlətidir, Azərbaycan şirkətləridir. Buna görə də Rusiyanın operatorluğu yalnız Ermənistan hissəsinə aid olan dəmir xəttinə bağlı olan məsələdir”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru Ruisyanın olması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

“Cənubi Qafqaz Dəmir Yolu” şirkəti (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olacaq. Bu barədə məlumatı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan hökumətin iclasında açıqlayıb.

Rusiyanın ölkəmizin ərazilərindəki dəmir yoluna nəzarət etməsi Azərbaycanın suverenliyinə nə qədər uyğundur və belə bir addımın atılması əslində geosiyasi və strateji təhlükəsizlik baxımından Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu dəmir yolu xətti də artıq Cəbrayıla qədər tamamlanıb”.

Əslində bunun Azərbaycanın ərazisində olan dəmir yoluna Rusiyanın nəzarəti olmadığını vurğulayan politoloq bildirib ko, nəbu Azərbaycan sərhəddindən Ermənistan sərhəddinə keçən ərazidə, yəni Mehri ərazisində inşa olunacaq dəmir yoluna aid olan bir məsələdir:

“Əslində bu Azərbaycanın ərazisində olan dəmir yoluna Rusiyanın nəzarəti deyil. Bu Azərbaycan sərhəddindən Ermənistan sərhəddinə keçən ərazidə, yəni Mehri ərazisində inşa olunacaq dəmir yoluna aid olan bir məsələdir. Bu dəmir yolunu da bilavasitə yeni şirkət icra edəcək.

“Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin Azərbaycan və Ermənistan ərazilərini birləşdirəcək Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun operatoru olması Azərbaycanla bağlı məsələ deyil. Çünki Azərbaycan artıq öz ərazisində, yəni Ermənistana qədər çəkiləcək dəmir yolu xəttinin inşasını demək olar ki, başa çatdırmaqdadır. Bu dəmir yolu xətti artıq Cəbrayıla qədər tamamlanıb.

2023-cü ilə qədər də bu işlər Ermənistan sərhəddinə qədər tamamlanacaq. Bunu icra edən bilavasitə Azərbaycan dövlətidir, Azərbaycan şirkətləridir. Buna görə də Rusiyanın operatorluğu yalnız Ermənistan hissəsinə aid olan dəmir xəttinə bağlı olan məsələdir”.

Nərminə UMUDLU pia.az