Bakıda 62 yaşlı kişi özünü körpüdən atmaq istəyib- Video

Paytaxtın Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan gənc oğlan özünü yüksəklikdən atmaq istəyir
Bakıda özünü körpüdən atmaq istəyən şəxsin kimliyi və intihara cəhdin səbəbi müəyyənləşib  Bakıda özünü körpüdən atmaq istəyən şəxsin kimliyi müəyyənləşib.APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, intihar məqsədi ilə körpüyə çıxan şəxs, əslən Qərbi Azərbaycandan olan, 62 yaşlı Yusif Abbas oğlu Əmirovdur. O, günahsız yerə 14 il həbsdə yatdığını və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq bu addımı atdığını qeyd edib. Y. Əmirov körpüyə qalxanda özü ilə benzin də götürüb. O, körpünün üstündə özünə od vuracağını deyir. Hazırda intihar etmək istəyən şəxslə danışıqlar davam etdirilir.