Narazılar Rəbiyyət Aslanova ilə görüş istəyir

Demokratik Azərbaycan Dünyası Partiyasında yeni sədrin seçkisi ilə bağlı qurultay keçirmək istəyən narazı qüvvələr partiyanın sahibi olduğu bildirilən millət vəkili Rəbiyyət Aslanova ilə görüşmək istəyir
Bu barədə məlumatı İnterpress.az-a partiya sədrindən narazı qrupun rəhbəri, Qurultaya hazırlıq komitəsinin sədri Ramiz Orucov verib. R.Orucovun sözlərinə görə, partiya sədri Fatma Əliyeva Rəbiyyət Aslanovanın adını dəfələrlə hallandırdığından deputatla bu barədə danışmaq istəyirlər: “Rəbiyyət Aslanova ilə görüşmək üçün Milli Məclisə getdim. Görüş üçün müraciət etdim, bildirdilər ki, Rəbiyyət xanım sentyabra qədər məzuniyyətdədir. Onunla görüşmək istədiyimizi çatdırmalarını xahiş etdim. Amma indiyə qədər də müraciətimizə bir cavab almamışıq. Fatma Əliyeva Rəbiyyət Aslanovanın gah bacısı, gah da xalası qızı olduğunu, məsləhətləri ondan aldığını deyir. Biz partiya üzvü olaraq bu sözlərin nə dərəcədə həqiqətə uyğun olduğunu bilmək istəyirik”.