DİM-dən şikayət var - Baş prokurordan məsələyə müdaxilə edilməsi istənilir...

İmtahanda namizəd qismində iştirak edən bir qrup vətəndaş DİM-dən dövlət qurumlarına şikayət edib...

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahandan ciddi şəkildə narazlıq var. Şikayətçilər bildirirlər ki, qaydalar onlara xəbərdarlıq edilmədən dəyişdirilib.

İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməyib. Bu şərt imtahan keçirildikdən sonra qaydalara əlavə edilib və bu da təbii olaraq imtahan iştirakçılarında ciddi narazılıq və etiraz doğurub. İmtahan verən şəxslər hesab edirlər ki, bu DİM tərəfindən ədalətsiz yanaşmadır və əslində imtahan qaydalarında şəffaflğın və qanunvericiliyin pozulması kimi dəyərləndirilməlidir.

PİA.az-a daxil olan şikayət məktubunu oxucularımızın diqqətinə cəlb edirik:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab Fərhad AbdullayevəAzərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri xanım Fərəh Əliyevaya

Prezident Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri cənab Tələt Məcidova

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili xanım Səbinə Əliyevaya

Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Ceyhun Bayramova

ƏRİZƏ

Məlumunuz olduğu kimi cari ilin 23 yanvar tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik xidmətə qəbul ilə bağlı imtahan keçirilmişdir. Biz - imtahanda iştirak etmiş namizədlər olaraq (40 namizəd), imtahanın öncədən elan edilmiş bir neçə şərtinin pozulmasına dair müraciət etmişik. Müraciətin formasını Sizə təqdim edirik:

“DİM tərəfindən 11.01.2022-ci il tarixində son olaraq imtahan strukturu və xüsusilə də esse tapşırıqları ilə bağlı rəsmi formada elan olunmuş qaydalara ( https://dim.gov.az/news/7775/) əməl olunmamışdır. Belə ki, esse tapşırıqlarına dair verilmiş şərtlərin 5-ci hissəsində qeyd olunan “Hər bir esse 10 ballıq şkala ilə qiymətləndirilir. Namizəd hər iki dildə yazılmış esse tapşırıqları üçün maksimum 20 bal toplaya bilər” şərti kobud şəkildə pozulmuş və hər bir esse 100 ballıq şkala ilə qiymətləndirilmişdir.

İmtahan nəticələri açıqlanana qədər DİM tərəfindən rəsmi formada xarici dildə yazılan esse tapşırıqlarının minimal bal həddinin (50 faiz) tətbiq olunacağına dair məlumat verilməmişdir. Bu şərt imtahan keçirildikdən sonra əlavə edilmişdir, hesab edirik ki, bu da öz növbəsində ədalətsiz yanaşmadır.

Qeyd edək ki, aşağıda adları qeyd olunan namizədlər Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinin 4.1.6. bəndinə (dövlət qulluğuna qəbulun şəffaflığı) əsasən hüquqlarımızın kobud şəkildə pozulduğunu bildirir, imtahan nəticələrinin hüquqi çərçivədə araşdırılaraq ləğv olunmasını, DİM tərəfindən rəsmi şəkildə elanda (11.01.2022 https://dim.gov.az/news/7775/ ) yazıldığı formada (essenin 10 ballıq şkala ilə qiymətləndirilməsi) sonradan heç bir əlavə şərt qoyulmadan (50 faizlik baraj və s.) yoxlanmasını xahiş və tələb edirəm.”

Bütün əsaslı iradlarımıza baxmayaraq DİM tərəfindən bizə verilən rəsmi cavab belə olmuşdur.

“Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələrinə dair bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə bir neçə məqamı namizədlərin diqqətinə çatdırır:

Xarici İşlər Nazirliyi tərəfindən müəyyən edilən tələblərə əsasən, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı 3 hissədən ibarət olub. Test imtahanı 100 test tapşırığından ibarət olub və hər tapşırıq 1 balla qiymətləndirilib. Esselərin hər biri 10 ballıq şkalada qiymətləndirilib və sonradan test tapşırıqlarının və esse nəticələrinin vahid şkalaya gətirilməsi məqsədilə nəticə 100 ballıq şkalaya çevrilib.

Xarici İşlər Nazirliyinə işə qəbul imtahanı ilə bağlı əvvəlcədən verilmiş ümumi məlumatda qeyd edilir ki, dil bilikləri həm imtahan, həm də müsahibə mərhələsində yoxlanılacaq. Xarici İşlər Nazirliyinin namizədlərin C1 səviyyəsində dil biliklərinə malik olmasına dair tələbi nəzərə alınaraq, xarici dildə yazılan esse üzrə nisbi balı ən az 50 müəyyən edilib. Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün qoyulan tələblərdən biri xarici dil üzrə bilik və bacarıqların C1 səviyyəsində olması idi. Qiymətləndirilən bilik və bacarıqlar sırasında xarici dil ilə yanaşı dövlət dili üzrə yazı bacarıqlarının qiymətləndirilməsi də elanda əksini tapmışdı. Qiymətləndirmə meyarları da məhz dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) şkalası əsasında tərtib edilib. Beləliklə, müəyyən edilən müsabiqə şərtlərinə əsasən, xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan, hər üç hissə üzrə isə ümumilikdə ən yüksək bal toplayan ilk 100 nəfər müsahibə mərhələsinə buraxılıb.

100 ballıq şkalanın tətbiq edilməsi ilə balların hesablanması namizədlərin nəticəsinə təsir göstərmir. Məsələn, əgər xarici dil üzrə yazılan essedə minimal bacarıq göstəricisi 50%-dirsə, 10 baldan 5 bal və ya 100 baldan 50 nisbi balın tətbiq edilməsi mahiyyət etibarilə nəticəni dəyişmir. Namizəd essedən 4 bal və ya 40 nisbi bal alıbsa, tələbi ödəmədiyinə görə növbəti mərhələyə buraxılmaması şərti eyni olaraq qalır.”

Yuxarıda qeyd edilən cavabdan da göründüyü kimi qaydalar sonradan dəyişdirilib və burada Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.3.12. bəndinə əsasən “fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq” faktı vardır.

Azərbaycan Respublikasının Konstitusiyasının “Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı” və Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi V, VI, VII bəndələrində qeyd edilən insan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı” və Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi V, VI, VII bəndələrində qeyd edilən insan hüquq və azadlıqlarının pozulması faktları mövcuddur.

Qeyd olunanları nəzərə alaraq, DİM-in imtahandan sonra tətbiq etdiyi Ümumavropa çərçivə sənədinin (CEFR) şkalasının (50%-lik minimum limit) ləğv edilməsini və 100 bal ilə qiymətləndirilən namizədlərin 100-lük sıralaması ilə 300 bal ilə qiymətləndirmənin 100-lük sıralamasındakı iştirakçı siyahısında hüquq və qanun pozuntusunun aşkar edilməsinə və şəffaflığın təmin olunmasına dəstək olmağınızı xahiş edirik.

Hörmətlə,

İmtahanda namizəd qismində iştirak etmiş şəxslər

Nəsibli Əli Müşfiq oğlu - imtahanda iştirak üçün iş nömrəsi 738159

Əlaqə nömrəsi (050 268 49 49) mail adresi: nasibli072@gmail.com

Cəbrayılov Rəşad Mehman oğlu – 737934 Əlaqə nömrəsi (055 204 86 30) mail adresi: r_jebrail@yahoo.com  Vüqar Tarverdiyev Kərəm oğlu – 7382553. Ənnağıyeva Nigar Ənnağı qızı – 7379924. Hacıyev Fuad Əhməd oğlu – 7381935. Fərmanli Kənan Mehman oğlu 7382126. Hüseynzadə Tofiqə Ramil qızı - 7381547. Seyid Surə Namidar qızı – 7380408. Süleymanlı Elvin Əvəz oğlu – 7383169. Kərimli Lalə Arif qızı – 73816410. Muradlı Nərmin Elxan qızı- 73815211. Əhmədova Günel Elçin qızı – 73829012. Hənifəyev Hənfə Kamal oğlu – 73831013. Qarayev Ayxan Nizami oğlu – 73830314. Qaharmanov Ferqan Canpolat oğlu – 73382515. Kərimova Rəna Arif qızı – 73796616. Məmmədov Elmir Novruz oğlu – 73837917. Qəniyeva Turac Əlibaği qızı – 73799318. Kərimli Elman Bəhruz oğlu – 73796819. Quliyev Rəşad Araz oğlu – 73829320. Əzimova Güllü Tərlan qızı - 73799121. Qarayev Rəşad Əli oğlu – 73806622. Babayeva Sevinc Habil qızı – 73808123. Muradov Fətəli Səfail oğlu – 73797124. Niftiyeva Samira Xalid qızı 73817225. Huseynli Rza Ismayil oğlu – 73817926. Yusifli Rahib Qədir oğlu – 73832727. Kərimova Namidə Samid qızı – 73803128. Rəhimov Murad Maarif oğlu – 73810729. Əsgərov Rauf Əsgər oğlu – 73816730. Qəhrəmanova Aytac Mövsüm qızı – 73824031. Məmmədov Sadiq Yaqub oğlu – 73811532. Həmzəzadə Nihad Hamlet oğlu – 73798433. Qədirov Namiq Əliheydər oğlu – 73802034. Əsədov Kamran Alim oğlu – 73793935. Bayramov Rəhim Kəyyam oğlu – 73812036. Mustafayev Seyidhəsən Mirməmməd oğlu – 73818737. Hafizli Şahin Dəyanət oğlu – 73820438. Toğrul Seyidbəyli Məmməd oğlu – 73826339. Elxan Məmmədli Əli oğlu – 73834040. Babayev Hikmət Orucağa oğlu - 738188

pia.az