Premyer Liqa qayıdır: İlk oyun günündə son çempion hazırkı liderə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı start götürəcək.

 II dövrənin ilk oyun günündə iki matç baş tutacaq.

XV tur paytaxt derbisi ilə başlayacaq. “ASK Arena”da “Keşlə” “Zirə”ni qəbul edəcək. Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Son çempion “Neftçi” çempionatın lideri “Qarabağ”ı qəbul edəcək. Cari mövsümdə rəqibindən xal ala bilməyən Samir Abbasovun komandası liderlə xal fərqini azaltmaq üçün meydana çıxacaq.

Azərbaycan Premyer LiqasıXV tur7 fevral

16:00 “Keşlə” – “Zirə”Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev“ASK Arena”

19:00 “Neftçi” – “Qarabağ”Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Fərid Hacıyev“Bakcell Arena”

Qeyd edək ki, turun sabah keçiriləcək matçlarında “Sabah” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.

pia.az