Goranboyda bacı və qardaşın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 6-sı saat 17 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi iə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ali Attestasiya Komissiyası doktorantların etirazını müsbət həll edib - VİDEOAzərbaycanda son sutkada 674 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edibDiaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı artırılıbFaktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

pia.az