Avqustun ilk günü 38 dərəcə isti olacaq

Həftəsonuna kimi isti hava davam edəcək
 Həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun ilk günü Bakıda və Abşeron yarmadasında havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti olacaq.Dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.