Hafiz Hacıyev Cavanşir Feyziyevin cavabını verdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanın tanınmış redaktor və jurnalistlərini təhqir edən deputat Cavanşir Feyziyevin cavabını verib.

PİA.az xəbər verir ki, H.Hacıyev öncə media nümayəndələrinə müraciət edib:

“Hörmətli media dostlarım!

Səhhətim sizlərlə bir yerdə olmağa imkan verməsə də, ölkədə və dünyada baş verən hadisələri çox ciddi izləyirəm.

Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun, rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir.

Deyir, oğru elə bagırdı ki, doğrunun bagri yarıldı… Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə cıxsın. Mən huquq mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycan imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər.

Mediada çalışan dostlarım, sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir oğrunun sözlərinə fikir vermədən tutdugunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq”.

pia.az