Avstraliyanın səfirliyinin binasında qadın tualetində kameralar aşkarlandı

Banqkokda yerləşən Avstraliya səfirliyi binasında qadın tualetində gizli video kameralar tapılıb.

Faktla bağlı araşdırma başladılıb. Polis əməkdaşları araşdırmalar nəticəsində səfirlikdə çalışan texniki işçini saxlayıblar.

Qeyd edək ki, faktın üstünün açılması əməkdaşlardan birinin tualetdə kameralar üçün nəzərdə tutulmuş yaddaş kartını tapması səbəb olub.

Mənbə: Gazeta.ru

pia.az