Vahid Ələkbərov Ukraynadakı obyektlərini satır

Azərbaynlı iş adamı Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoyl” şirkəti Ukraynadakı bütün obyektlərini satır
 Axar.az xəbər verir ki, “Lukoyl” bu barədə Avstriyanın “AMIC Energy Management GmbH” şirkəti ilə razılığa gəlib. Məlumata görə tərəflər “Lukoyl-Ukrayna”ya məxsus 240 yanacaqdoldurma məntəqəsi və 6 neft bazasının satışı ilə bağlı danışıqlar aparıb. Məsələnin maliyyə tərəfi hələ ki, açıqlanmayıb.