Ağcabədidə fəhlə yıxılaraq ölüb

Ağcabədidə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Qarabağ küçəsində baş verib. Rayonun Şahsevən kənd sakini, 29 yaşlı Hüseynov Qiyas Arif oğlu fəhlə kimi çalışdığı evdə yıxılıb. Bu zaman üzərinə mişar daşları tökülən Q. Hüseynov orda dünyasını dəyişib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

pia.az