AzTV-nin operatoru vəfat etdi - Foto

Azərbaycan Televiziyasının qocaman operatorlarından biri, Əməkdar mədəniyyət işçisi, rejissor Nəriman Şıxəliyev vəfat edib.

Bakupost.az -ın məlumatına görə, N.Şıxəliyev 1934-cü ilin oktyabrında Bakıda anadan olub.

1956-cı ildən – AzTV yaranan gündən burada operator kimi çalışıb. Daha sonra müxtəlif vəzifələrdə işləyib.

Əmək veteranı olan Nəriman 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülüb.

pia.az