NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Rusiyanı geri çəkilməyə çağırıb.

“NATO "Soyuq müharibə"dən bəri Rusiyanın Belarusda ən böyük hərbi kontingentinin olduğunu müşahidə edir. Hazırda 30 min əsgər, xüsusi təyinatlı qüvvələr, S-35 təyyarələri, "İsgəndər" raketi və S-400 Belarusa yerləşdirilib. Son günlərdə Belarusa gedən əsgərlərin sayında ciddi artım var. Biz Rusiyanı gərginliyi azaltmağa çağırırıq”, - Y.Stoltenberq deyib.

pia.az