Türkiyənin Azərbaycandakı səfirliyində səsvermə olacaq

Türkiyənin Azərbaycandakı səfirliyində avqustun 3-də prezident seçkilərinə səsvermə keçiriləcək.
Səfirlikdən SalamNews-a bildirilib ki, səsvermə saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq. Səsvermədə ancaq səfirliyin xarici seçici bölməsinə qeydiyyatda olanlar iştirak edəcəklər. Səsvermə günü seçicilər özləri ilə ancaq şəxsiyyət vəsiqələrini və pasportlarını gətirməlidirlər. Ümumilikdə səfirlikdə səsvermə üçün 8 sandıq qurulacaq. Xarici seçici bölümünə qeydiyyat iyulun 9-da bitib və qeydiyyatdan keçməyən Türkiyə vətəndaşlarının səsvermədə iştirakı mümkün olmayacaq.