Mahir Emrelinin “Dinamo”ya transferinin qiyməti açıqlanıb - Video, Yenilənib

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan Zaqreb “Dinamo”suna transferinin qiyməti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Polşa mətbuatı açıqlayıb.

Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.

Məsələ ondadır ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.

***

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu Zaqreb “Dinamo”suna keçib.

Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2021-ci ilin yayında “Qarabağ”dan Varşavaya keçən forvard 33 matçda 11 qola imza atıb.

pia.az