Macarıstanın XİN başçısı Azərbaycana gəlib - Yenilənib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.

“Report” xəbər verir ki, bu barədə XİN başçısı feysbukda bildirib.

“İndi Xarici İşlər Naziri ilə şam yeməyinə gedəcəyəm, sabah Qarışıq İqtisadi Komitə, biznes forumu və enerji danışıqlarında iştirak edəcəyəm”, - o qeyd edib.

***

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfər edəcək.

Fevralın 3-ü baş tutacaq səfər çərçivəsində Peter Siyarto Azərbaycan-Macarıstan biznes forumunda iştirak edəcək.

O, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

pia.az