Müharibə küləkləri Qərbdəki balansı dəyişə bilərmi?

Həm İngiltərə-Amerika bloku, həm də Çin fərqli motiv və gözləntilərlə də olsa, Rusiyanın tətiyi çəkməsini istəyir...

Süleyman Seyfi Öğün“Yeni Şafak” qəzeti, Türkiyə, 31 yanvar 2022-ci il

ABŞ-NATO dairələri ilə Rusiya arasında Ukrayna barədəki böhran getdikcə böyüyür. Bu hadisələrin dağıdıcı müharibəyə səbəb olub-olmayacağı narahatlıq doğuran məsələdir.

Yaşanan gərginliklə bağlı isə müxtəlif dəyərləndirmələr mövcuddur. Bəzi dairələr hesab edir ki, tərəflər nüvə silahı imkanlarına görə müharibə riskinə məruz qala bilməzlər. Onlar iddia edirlər ki, nə vaxtsa güzəştə getməyin yolu tapılacaq.

Bunu siyasi tarixdən çıxardığı nəticələrə əsaslanaraq müdafiə edənlər ictimaiyyətin ürəyini soyudan açıqlamalar verirlər. Onlar buna sübut kimi 1960-cı illərdəki Karib Böhranının yumşalma (detant) və Sülh İçində Birgə Yaşayış (Coexistance Pasifique) ilə nəticələndiyini göstərirlər.

Mənim kimi daha çox insan isə müharibəyə əvvəlkindən daha yaxın olduğumuzu iddia edir. Bu baxımdan iqtisadiyyata diqqət yetirilir. 1960-cı illərdə dünya üzrə artım templəri kifayət qədər sabit idi. Bu dərəcələr hər iki düşərgədə olan ölkələr üçün 6%-dən aşağı düşməyib. Maliyyə baxımından Bretton Vud prinsipləri üstünlük təşkil edirdi. Bəli, qızılla yeni ehtiyat valyutası ilə ABŞ dolları arasında olan nizam yumşaldı, amma yenə də davam etdi. Bir sözlə, orta qiymət müharibə üçün uyğun deyildi. Bu gün üçünsə eyni şeyi təkrarlamaq çox çətindir. Təchizat zəncirlərinin qırılması səbəbindən qıtlıq yarada biləcək ağır istehsal itkiləri, maliyyə aktivləri ilə real istehsal arasında inanılmaz uçurum, artan işsizlik, artan inflyasiya və s. kimi hadisələr Ukraynadakı gərginliyə çox fərqli baxış tələb edir.

Diplomatiya çox dəyərli bir mədəni qazancıdır. Diplomatlar, əlbəttə ki, sona qədər mübarizə aparacaqlar. Amma diplomatiyanın uğur şansını artıran nüans real siyasət müstəvisinin olmasıdır. Burada tərəflər qarşılıqlı azalma riski ilə masa arxasına otururlar. Lakin Ukraynada vəziyyət tamam başqadır. ABŞ-NATO dairələri məsələyə mənəvi siyasi, Rusiya isə real siyasi nöqteyi-nəzərdən yanaşır. Qərb Uilson Prinsipləri vasitəsilə millətlərin öz müqəddəratını təyinetmə hüququnu vurğulayır və NATO-nu genişləndirən üzvlük qərarlarının qarşısının alına bilməyəcəyinə işarə edir. Rusiya isə keçmiş sovet coğrafiyasında real siyasət əsasında bu genişlənməni məhdudlaşdıracaq öhdəlik istəyir. Bu kontekstdə diplomatiyanın işləməsi çətinləşir. Elə bir inadkarlıq var ki, onu həll etmək getdikcə çətinləşir.

Məncə, məsələnin bu dalana dirənməsi təsadüfi deyil. Düşünürəm ki, bu, məqsədyönlü şəkildə edilib və bunun səbəbkarı anqlo-Amerika dünyası olub. Bildiyimə görə, bu blok özünün əsas hədəfi olan Çinlə qarşıdurmanı blokada siyasəti ilə məhdudlaşdırıb. Çinin bağlanması bunun üçün əlverişli şərait yaradıb. Anqlo-Amerika bloku AB-yə cavab olaraq, bütün gücü ilə onlar üçün daha asan bir ov kimi görünən Rusiyadan möhkəm şəkildə asılır. Düşünürəm ki, onların məqsədi Rusiyanı vuraraq Çini təcrid etməkdir. Çin isə bu hesablaşmanın hər iki tərəfi yıxacaq nəticələr verəcəyini hesablayaraq öz küncünə çəkildi. Həmçinin, düşünə bilərik ki, Çinin uzun müddət kifayət qədər səhmlərlə bağlanmaq qərarı, əslində, ABŞ-ın Çin dənizində ona qarşı etdiyi təzyiqə cavabdır. Çünki Çinin məqsədi Çin məhsullarından asılı vəziyyətdə olan Amerika daxili bazarını tədarüksüz salaraq onu inflyasiyaya məhkum etməkdir.

Bir sözlə, həm İngiltərə-Amerika bloku, həm də Çin fərqli motiv və gözləntilərlə də olsa, Rusiyanın tətiyi çəkməsini istəyir. Birincisi birbaşa, digəri isə dolayı yolla. Rusiyanı müharibəyə cəlb etmək, oradakı resurslarını tükətmək, sonra onu tarixin ən əhatəli embarqosuna məruz qoyaraq sistemin içindən atıb içəridə çökdürmək istəyirlər. Kremlin təxminən 700 milyard dollar ehtiyatı Rusiyanı saxlamaq üçün kifayət edə bilərmi? Mənim tərəddüdlərim var. Rusiya taktiki baxımdan Qərbdən üstün görünsə də, strateji baxımdan vəziyyət əks istiqamətdə inkişaf edir. Bu, tam qarışıq bir vəziyyətdir. Ya təslim olub və Çinə arxa çevirib Qərbə inteqrasiya edəcək, ya da parçalanmaq riski ilə üzləşəcək. Yəni vəziyyət bu qədər dramatikdir. Üçüncü ehtimal hərtərəfli və qanlı qarşıdurma riskini ehtiva edir. Bu, o deməkdir ki, Qərbin özü də məhv ola bilər.

Bu müharibənin Türkiyəyə nəyə başa gələ biləcəyi başqa bir məqalənin mövzusudur. Amma təxmin edə bilərəm ki, ümumilikdə bizi çox ağır mənzərə gözləyir. Bundan əlavə, bəzi imkanlar da yarana bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVApia.az